Ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq

Baş nazir Əli Əsədov Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalayıb.

AzerTimes-ın məlumatına görə, qərarla Azərbaycanda ərzaqlıq buğda ehtiyatının yaradılması ilə bağlı yeni mexanizm formalaşdırılacaq.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcəklər.

Teqlər: