Ərzaq xərcləri rekord həddə çatacaq – Xəbərdarlıq

Ərzaq xərcləri rekord həddə çatacaq – Xəbərdarlıq

Cari ildə dünyada ərzaq idxalının xərcləri 10% artaraq rekord səviyyəyə 1,94 trilyon dollara çatacaq. Ən çox əziyyəti isə lazımi miqdarda ərzaq ala bilməyən yoxsul ölkələr çəkəcək.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı hesabatda qeyd olunub.

“Gələn il kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı vəziyyət bir qədər yaxşılaşacaq. Ancaq qiymət artımı yenə də ən yoxsul ölkələrə mənfi təsir göstərməyə davam edəcək. İdxalçılar artan beynəlxalq xərcləri maliyyələşdirməkdə çətinlik çəkirlər. Bu da onların yüksək beynəlxalq qiymətlərə qarşı dayanıqlılığının sonunu gətirə bilər”, – məlumatda qeyd olunub.

Teqlər: