Ermənistanın yeni müdafiə naziri təyin olundu

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu vəzifəyə bu gün nazirin birinci müavini vəzifəsindən azad edilmiş Arşak Karapetyan təyin olunub.


Xatırladaq ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.