Ermənistanın vandalizm aktları ilə bağlı sayt yaradıldı

Ermənistanın vandalizm aktları ilə bağlı sayt yaradıldı

İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı heritage.gov.az saytı yaradılıb.

AzerTimes xəbər verir ki, saytı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb.

Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

İyunun 7-də saytın təqdimat mərasimi keçiriləcək.

Teqlər: