Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda hərbi cinayət kimi tanınmalıdır – Hüquq elmləri doktoru

Xəbər - Elçin Mehdiyev – Trend:

Təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasiblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsif edilməlidir.

Bunu AzerTimes-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.

N.Səfərov bildirib ki, bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində tapmaq olar:

“Həmin Nizamnaməyə uyğun olaraq “mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasib olmayan hücumların qəsdən törədilməsi” (maddə 8 (2b, “iv”)), “mahiyyətinə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi” (maddə 8 (2b, “xx”)) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar”.

Twitter: @ElchinMehdiyev

Teqlər: