Ermənistanın keçmiş baş prokuroru saxlanılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan saxlanılıb.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti bildirib.

Qeyd olunur ki, A.Ovsepyan iri məbləğdə rüşvət almaqda və prokuror olduğu müddətdə sahibkarlıq fəaliyyəti göstərən müəssisələrə rəhbərlik etməkdə ittiham olunur.

Bundan başqa, sabiq baş prokuror cinayət yolu ilə əldə olunmuş küllə məbləğdə pulun yuyulmasında şübhəli bilinib.