Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın hüquq-mühafizə orqanları İqtisadiyyat Nazirliyində araşdırmalara başlayıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, ölkənin Auditorlar palatası Baş prokurorluğa 2021-ci il 9 ayı ərzində Ermənistan dövlət büdcəsinin icrasının yoxlanılması ilə bağlı materiallar göndərib. Həmin materiallarda cinayət tərkibinin olub-olmaması ilə bağlı araşdırmalar aparılır.

Ermənistanın baş prokurorluğu hazırda araşdırmaların davam etdiyini bildirib.

Teqlər: