Ermənistanın IDEX beynəlxalq müdafiə sənayesi sərgisindəki stendi boş qaldı

Xəbər - Orxan Nəbiyev – Trend:

Birləşmiş Ərəb Əmirliklərində IDEX-2021 beynəlxalq müdafiə sənayesi sərgisi işinə başlayıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, sərginin ilk günündə Ermənistana məxsus stend boş qalıb, stendə silah əvəzinə bukletlər yerləşdirilib.

Qeyd olunur ki, Ermənistanın sərgidə nümayiş etdirməli olduğu silah-sursat və texnika vaxtında Əbu-Dabiyə çatdırılmayıb.

Hazırda Ermənistanın eksponatları Moskvada qalıb.

Teqlər: