Ermənistanın ərazi bütövlüyü… – Sübhani

Ermənistanın ərazi bütövlüyü… – Sübhani

Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və regionda davamlı sülhü dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrəvanda “Yeni regional reallıqlar və Dünyanın kəsişməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“İrəvan və Tehran arasında çoxillik əlaqələr münasibətlərin hazırkı inkişafı üçün vacibdir. Ermənistanla ümumi sərhədimiz regionun digər ölkələri ilə müqayisədə ən qısa olsa da, keyfiyyət baxımından ən yaxşılarından biridir. Bu sərhəd həmişə dostluğun, mehriban qonşuluğun sərhədi olub. İki ölkə heç vaxt bir-birini təhdid etməyib və hər zaman qarşılıqlı inkişaf üçün imkanlar yaradıb. Qarşılıqlı ticarət dövriyyəmizin həcmi kəskin artaraq 1 milyard dollara çatıb. Ölkələr enerji və infrastrukturun inkişafı sahəsində qarşılıqlı faydalı sazişlər bağlayıb. Kommunikasiyaların açılması təkcə iki ölkə deyil, bütün region ölkələri arasında münasibətlərin inkişafına töhfə verəcək. Hindistandan Ermənistan vasitəsilə Qara dənizə tranzit imkanları yüklərin Avropaya daşınması üçün etibarlı marşrut açacaq”, – o bildirib.

Bu mənada səfir Hindistan və Ermənistanın bu layihədə iştirakının vacibliyini vurğulayıb:

“Ölkələrin tranzit imkanları nə qədər çox olarsa, onların dünyada əhəmiyyəti bir o qədər yüksəkdir”.

Teqlər: