Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə,
bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii
ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror
aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi
məqsədləri üçün istifadə etmişdir.
İşğal olunmuş ərazilərində olan təbii sərvətlər talan edilmiş,
qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163
faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar
Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır.
AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanın ekoloji və mina
terroru ilə bağlı məsuliyyəti, Prezidentin Minsk Qrupunun
həmsədrlərinin qeyri-funksional fəaliyyəti” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rasim Səttarov,
siyasi şərhçilər Elşad Mirbəşiroğlu və Sahib Məmmədov mövzu
ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: