Ermənistanın dağıtdığı şəhərlərin bərpası üçün keçən il 48,9 milyon manat ayrılıb

Ermənistanın təcavüzü nəticəsində dağıdılan şəhərlərimizin
bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon
manat ayrılıb.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi
zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində mülki
əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün də 12,2 milyon
manat vəsait ayrılıb.

Teqlər: