Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq – Nazir müavini

Xəbər - Çingiz Səfərli – Trend:

Transsərhəd çaylarımızın Ermənistan tərəfindən çirkləndirilməsinin qarşısını almaq üçün ən müxtəlif səviyyələrdə məsələni gündəmdə saxlayırıq.

Bunu AzerTimes-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, məqsəd çirklənmənin qarşısını tamamilə almaqdır: “Oxçuçayla bağlı ötən ilin sonlarında səsimizə səs verən yox idi. Amma həm diplomatik korpusun dəstəyi ilə, həm də özümüzün təmsil olunduğumuz beynəlxalq təşkilatlar və konvensiyalardan ekspertləri dəvət edərək bu məsələni aktuallaşdıra, həm diplomatik, həm də müzakirələr müstəvisinə çıxarmağa nail ola bilmişik. Oxçuçayla yanaşı, bir neçə transsərhəd çayımızda da çirklənmə müşahidə edilir. Əsas məqsəd çirklənmənin qarşısının alınmasıdır. Əvvəlki dövrlərdə vurulan zərər hesablanıb və təqdim olunub. Qarabağa əhali qayıdana qədər çaylar təmizlənməlidir ki, su mənbələrinə əlçatanlıq təmin edilsin”.


Twitter: @cingizsafarli

Teqlər: