Ermənistanın bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı ittihamları beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir – XİN

Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində,
guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı
ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq
ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.

AzerTimes-ın məlumatına görə, bu
barədə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi,
bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi
aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə
məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.

Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz
xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın
vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti
göz qarşısındadır.

Xatırlatmaq istərdik ki, uzun illər ərzində 400.000 dən çox
əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında
saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su
terrorunu törədən, yüzlərlə insanın həyatına və sağlamlığına son
qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edən,
hələ 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək
azərbaycanlının taleyi ilə bağlı məlumatı gizlədən Ermənistanın
indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin
siyasi riyakarlığından başqa bir şey deyildir.

Hazırda bölgədə sülh və sabitliyin təmin ediməsinin yeganə yolu
imzalanmış birgə bətanatların müddəalarının tam icrası, o cümlədən
erməni qanunsuz birləşmələrinin qalıqlarının bölgədən tam
çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin
normallaşmasından ibarətdir.

İndi siyasi manipulyasiya yox, real işlə məşğul olmaq
zamanıdır”, – məlumada deyilir.

Teqlər: