Ermənistanın bir hərbi qulluqçusunun həlak olması barədə yayılan məlumat yalandır – MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması
nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun
həlak olması və digərinin yaralanması barədə yayılan məlumat
yalandır, heç bir əsası yoxdur.

Müdafiə Nazirliyindən (MN) AzerTimes-a verilən xəbərə görə, Ermənistan tərəfinin bu
kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan
intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir.

Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün
təxribatların qarşısının alınması istiqamətində səylərini davam
etdirir.

Teqlər: