Ermənistanın “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul-Yerevan reyslərinin həyata keçirilməsi üçün Türkiyə hökumətindən icazə alıb.
AzerTimes-ın məlumatına görə, bunu “TASS”a aviaşirkətin direktorlar şurasının sədri Aram Ananyan deyib.
Onun sözlərinə görə, Yerevandan İstanbula ilk aviareys fevralın 2-nə planlaşdırılıb.