“Real” “Barselona”nı məğlub edərək İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb

İspaniya Super Kubokunun yarımfinal mərhələsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində “Barselona” və “Real” (Madrid) üz-üzə gəliblər.

AzerTimes-ın məlumatına görə, oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə bitib. “Barselona”nın heyətində qolları Lük de Yonq və Ansu Fati, madridlilərin heyətində isə Vinisius Junior və Kərim Benzema vurublar.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Federiko Valverdenin 98-ci dəqiqədə “Barselona”nın qapısına dəqiq zərbəsi “Real”ı hesabda önə çıxarıb. Oyun 3:2 hesabı ilə madridlilərin qələbəsilə başa çatıb.

Beləliklə, “Real” bu qələbədən sonra İspaniya Super Kubokunun finalına vəsiqə qazanıb.

Teqlər: