Ermənistanda ilk “onluq” bunlardan ibarətdir: 1. Baş nazir Nikol Paşinyan, 2. Milli Məclisin sədri Alen Simonyan, 3. Xarici işlər naziri Ararat Mirzoyan, 4. Baş nazirin müavini Mger Qriqoryan, 5. Ermənistan Prezidenti Vaaqn Xaçatryan, 6. Müdafiə naziri Suren Papikyan, 7. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, 8. Baş nazirin müavini Ambartsum Martirosyan, 9. Milli Təhlükəsizlik Şurasının sədri Armen Abazyan, 10. Polis rəisi Vahe Qazaryan
AzerTimes xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
Onun sözlərinə görə, ilk onluqda təmsil olunan siyasətçilər təkcə Paşinyanın yaxın çevrəsi deyil, həm də onları bir növ Ermənistanın “Siyasi Bürosu-2022” hesab etmək olar:
“Məhz bu adamlar dövlət hakimiyyəti sistemində əsas qərarları qəbul edir, hakimiyyət rıçaqlarına nəzarət edir. Ermənistanın hansı istiqamətdə hərəkət etməsi də məhz onlardan kritik dərəcədə asılıdır.
Əsas hökumət rəsmiləri ilə yanaşı, fiqurlar arasında müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarına cavabdeh olan üç əsas təhlükəsizlik məmuru da var.
Göstərilən “onluq” Ermənistanın ən yüksək elitasıdır – bütün üstünlükləri və mənfi cəhətləri, eləcə də keçmişdən “şkafdakı skeletləri” ilə…”
Korotçenko bildirib ki, müstəqil hakimiyyətin qollarını təmsil edən Ermənistan Milli Assambleyasının sədri A.Simonyan və Ermənistan Prezidenti V.Xaçatryan istisna olmaqla, qalanların hamısı ölkənin Təhlükəsizlik Şurasının üzvləridir:
“Bu insanları birləşdirən nədir? Hər kəs dövlət karyerasını və şöhrətini sırf Paşinyana borcludur. Nikol Vovayeviç 2018-ci ildə “məxməri inqilabı”ı başlatmasaydı, onlar sıravi insanlar olaraq qalacaqdılar və heç kim onların adlarını bilməyəcəkdi. Amma həyat belə oldu.
“Onluğun” çoxu N.Paşinyanın özü kimi müxalifətçi “Mülki müqavilə”nin (A.Simonyan, A.Mirzoyan, S.Papikyan) “şinelindən çıxıb” və ya Amerika ilə bağlı təşkilat və layihələrdə (Soros nəzərcə tutulur – red.) çalışıb (A. Qriqoryan, A.Martirosyan)”.