Ermənistandaxili vəziyyət – Paşinyanın Moskva səfəri – “Əsas məsələ”də MÜZAKİRƏ

Qarabağ məsələsi ilə bağlı üçtərəfli sazişin icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov iyulun 7-də Moskvada Putin-Paşinyan görüşünün baş tutmasından sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair jurnalistlərin sualına cavabında bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, “Azərbaycan tərəfi ilə kontaktlar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmanın müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə kontaktlar həyata keçirilir”.

AzerTimes-ın məlumatına görə, Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistandaxili vəziyyət – Paşinyanın Moskva səfəfri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq Elşən Məcidov və BBMM-in şöbə müdiri Yadigar Məmmədli mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: