Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən Ruben Rubenyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib.
AzerTimes xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Rubenyan özünün Tvitter səhifəsində bunları yazıb.
“Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm”, – deyə o qeyd edib