Ermənistandan sərhədimizə yeni yol çəkilir

Ermənistandan sərhədimizə yeni yol çəkilir

Gorunzur (Kornidzor) kəndindən keçməklə Qarabağa gedən yol may ayının sonuna kimi tam hazır olacaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Rusiya sülhməramlıları kontingenti və Azərbaycan tərəfi ilə əldə olunmuş razılığa əsasən, aprelin 1-dən Ermənistandan Xankəndiyə (Laçın yolu ilə) hərəkət əvvəlki marşrutdan Dığ kəndindən Gorunzur yolu ilə əvəzlənib. Bu vaxta qədər yeni yol keçiləcək səviyyədə tikilsə də, tam başa çatdırılmamışdı. Yolun mayın sonunadək başa çatdırılması planlaşdırılır”, – o bildirib.

Teqlər: