Ermənistandan məhz müharibə qorxusu ilə qaçırlar

Ermənistandan məhz müharibə qorxusu ilə qaçırlar

Sülh gündəmi miqrasiyanın qarşısının alınması ilə bağlıdır, çünki görürük ki, müharibə daha çox mühacirətə səbəb olur, çünki bir çoxları Ermənistandan məhz sülhün olmaması səbəbindən mühacirət ediblər.

AzerTimes “Caucasian Layf”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.

“Sülh gündəmi bizə vətəndaşlarımızı Ermənistanda saxlamaq və onların burada dinc, sülh içərisində yaşamasını təmin etmək üçün lazımdır. Hər kəs sülh gündəmini təbliğ etməlidir”, – Baş nazir bildirib.

Teqlər: