Ermənistanda zəncirvari qəza: bu dəfə 17 maşın toqquşdu

Ermənistanda zəncirvari qəza: bu dəfə 17 maşın toqquşdu

Ermənistanın İrəvan-Sevan yolunda 17 avtomobilin iştirakı ilə qəza baş verib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, hadisə zamanı 8 nəfər yaralanıb. Zəncirvari qəzaya nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, ötən gün də Ermənistanda qarlı hava şəraitindən dolayı 40-dan çox avtomobilin iştirakı ilə qəza baş verib.

Teqlər: