Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanda seçki öncəsi siyasi hərarət qalxmaqda davam edir. Mən əvvəlki müsahibələrimdə də ifadə etmişdim ki, seçki yaxınlaşdıqca Paşinyanın reytinqi aşağı düşə bilər. “Gallup” şirkətinin keçirdiyi sonuncu sosioloji sorğu bu fikrimizi təsdiqlədi.
Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmədli bildirib ki, sorğu zamanı rəyi soruşulanların 27,2 faizi N.Paşinyanın blokunu dəstəklədiyini bildirib:
“Mart ayında isə bu göstərici 31,7 faizə bərabər olmuşdu. Belə bir göstəricinin ortaya çıxması Ermənistanda hökm sürən gərgin sosial-iqtisadi vəziyyətdən qaynaqlanır. Müharibənin yaratmış olduğu xaos getdikcə daha da dərinləşir. Paşinyanın populist vədləri isə artıq səfalət içində olan erməni xalqını ovundura bilmir.
Gedişat onu göstərir ki, səsvermə yaxınlaşdıqca Paşinyanın reytinqi daha da aşağı düşə bilər. Bu isə Paşinyanın təkbaşına hakimiyyət qurmaq xəyallarının üstündən xətt çəkəcək. Seçkilərdən sonra formalaşacaq koalisiyalı hakimiyyətin tərkibində isə kimlərin olacağı barədə konkret proqnoz vermək çətindir”.
Twitter: @ElchinMehdiyev