Ermənistanda rus hərbçilərinin olduğu avtomobil qəzaya uğrayıb

Ermənistanda Rusiya hərbi qulluqçularının olduğu minik avtomobili qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, hadisə Yerevan-Gümrü avtomobil yolunun 82-ci kilometrliyində baş verib. “BMW” markalı avtomobil beton maneəyə çırpılaraq aşıb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

Həm ölən, həm də yaralıların Gümrüdə yerləşən 102 -ci Rusiya hərbi bazasında xidmət etdiyi bildirilib.