Ermənistanda parlament seçkiləri müddətində ciddi eskalasiya istisna olunmur – Politoloq

Ermənistanda parlament seçkiləri çox gərgin mühitdə keçəcək, ciddi eskalasiya istisna olunmur.

Bunu Trend-ə politoloq, Gürcüstan Azərbaycanları Milli Konqresinin sədri Əli Babayev deyib.

O bildirib ki, Ermənistanda hazırda ciddi böhran mövcuddur: “Parlament seçkiləri də öz növbəsində gərginliyə yol açır. İndi Ermənistanda qruplaşmalar var ki, vəziyyəti gərginlədirməklə, Qarabağla bağlı üçtərəfli bəyanatı ləğv etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Ermənisdan daxili siyasi vəziyyətə müdaxilə edən güclü diaspora da mövcuddur: “Paşinyan bu sindromdan yaxa qurtarmaq istəyirdi. O gördü ki, Azərbaycan artıq 90-cı illərin əvvəlində olan ölkə deyil. Bu gün Azərbaycan hərbi gücü olan dövlətlərdən biridir və öz mövqeyində qətiyyətlə dayanır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: