Ermənistanda oteli “Molotov kokteyli” ilə yandırdılar

Ermənistanda oteli “Molotov kokteyli” ilə yandırdılar

Aprelin 30-da Kotayk rayonunda fövqəladə hadisə baş verib.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, Razdan şəhərinə gedən yolun üzərində yerləşən Yayıcı (Zovaber) kəndindəki “Mamur” otel kompleksində partlayış olması barədə polisə məlumat dail olub.

Müəyyən edilib ki, naməlum şəxs saat 04 radələrində “Mamur” otel kompleksinin gözətçi otağının pəncərəsinə butulka atıb və nəticədə şüşə sınıb. Bundan sonra partlayış və yanğın baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: