Ermənistanda muzdlu əsgərlərin maaşı artırılacaq

Ermənistanda muzdlu əsgərlərin maaşı artırılacaq

Ermənistanda döyüş tapşırıqlarını yerinə yetirən müqaviləli əsgərlərin maaşı artırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

“Döyüş tapşırıqlarının planlaşdırılması, monitorinqi və yerinə yetirilməsində bilavasitə iştirak edəcək hərbi qulluqçular əlavə ödənişlər alacaqlar. Əlavə ödənişi almaq üçün onlar üç ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidirlər. Əlavə ödənişin həcmi hökumətin qərarı ilə müəyyən ediləcək”, – məlumatda deyilir.

Teqlər: