Ermənistanda mülki işçilərin hədəf alınması… – XİN

Ermənistanda mülki işçilərin hədəf alınması… – XİN

Ermənistanda tikiləcək metal əritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Tvitter hesabında yazıb.

“Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirindən yayındırmaq üçün növbəti uydurmasıdır”, – Ayxan Hacızadə qeyd edib.

Teqlər: