Ermənistanda meşədə Rusiya vətəndaşının meyiti tapıldı

Ermənistanda meşədə Rusiya vətəndaşının meyiti tapıldı

Ermənistanda Dilican-İrəvan yolunun yaxınlığındakı meşədə 24 yaşlı Rusiya vətəndaşının meyiti tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, çılpaq tapılan meyitin üzərində zorakılıq izləri olub.

Məlumata görə, meyit iyunun 4-də Ermənistana gələn 24 yaşlı Rusiya vətəndaşına məxsusdur. Mərhumun anası iki gün qızı ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.

Hazırda faktla bağlı cinayət işi açılıb.

Teqlər: