Ermənistanda meriya binasına hücum: partlayış oldu

Ermənistanda meriya binasına hücum: partlayış oldu

Ermənistanın Masis şəhərində üzərində tapança və qumbara olan naməlum şəxs meriya binasına daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə şəhərin vitse-meri Norayr Akopyan məlumat yayıb.

“Sərxoş vəziyyətdə olan şəxs meriya binasına daxil olub. Bundan sonra partlayış baş verib. Binada işçilər, mühafizəçi olmayıb. Xəsarət alan yoxdur”, – deyə o bildirib.

İlkin məlumata görə, həmin şəxs tapançadan bir neçə dəfə atəş açıb və hər hansı tələb irəli sürməyib.

Hadisə yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, polis qüvvələri cəlb edilib.

Teqlər: