Ermənistanda kriminal qruplar arasında atışma: ölən var

Ermənistanda kriminal qruplar arasında atışma: ölən var

Ermənistanın Armavir vilayətinin Eçmiədzin şəhərində qanlı silahlı insident baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.

Naməlum silahlı qruplaşmalar arasında atışmanın baş verdiyi bildirilib.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır.

Teqlər: