Ermənistanda sərhədi keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs olunub.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, Türkiyə vətəndaşları Ermənistan vətəndaşının köməyi ilə saxta pasport əldə ediblər və bu yolla Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər.
Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb.