Bu ay üçün bütün sosial yardımlar ödənildi

Bu ay üçün bütün sosial yardımlar ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan AzerTimes-a verilən məlumata görə, bundan əvvəl – fevralın 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin fevral ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Teqlər: