Ermənistanda hərbi çevrilişə cəhd – Paşinyan tərəfdarlarını meydanlara çağırdı

Xəbər - Asif Mehman -Trend:

Baş Qərargahın açıqlaması hərbi çevrilişə cəhddir.

AzerTimes-ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bütün tərəfdarlarını Yerevandakı “Azadlıq” meydanına gəlməyə çağırıb. O, yaxın zamanda canlı yayımla xalqa müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Teqlər: