Ermənistanda hərbçi təlim zamanı ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanın cənub-qərbində təlimlər zamanı bir hərbçi həlak olub.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, hərbçi döyüş xidməti qaydalarının pozulması nəticəsində həyatını itirib. Daha bir nəfərin yaralandığı deyilir.


Yerli KİV-lərin məlumatına əsasən, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.