Ermənistanda həbsxanaya dronla telefon atdılar

Ermənistanda həbsxanaya dronla telefon atdılar

Ermənistanda “Sevan” cəzaçəkmə müəssisəsinə dron vasitəsilə mobil telefon keçirilməsinin qarşısı alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nəzarətçilər martın 7-si axşam saatlarında cəzaçəkmə müəssisəsinə dronun yaxınlaşdığını müşahidə ediblər. Dron müəssisənin ərazisinə sellofan torbaya bükülmüş əşya ataraq uzaqlaşıb. Bağlamaya baxış keçirilib və 1 ədəd telefon və enerji aləti aşkar olunaraq götürülüb.

Teqlər: