Ermənistanda əsgər öz yoldaşını başından güllələyib

Ermənistanın Vayotsdzor vilayətində hərbi hissələrin birində 18 yaşlı hərbi qulluqçu başından güllələnib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, əsgər xəstəxanaya çatdırılarkən həyatını itirib.


Qeyd olunur ki, hərbçinin ölümü ilə əlaqədar onun xidmət yoldaşı saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.