Ermənistanda daha bir atışma: yaralı var

Ermənistanda daha bir atışma: yaralı var

Martın 24-də Ermənistanda daha bir insident baş verib.

AzerTimes xəbər verir ki, saat 16:00 radələrində Araratda, Açaryan küçəsində yerləşən evlərdən birində atışma baş verməsi və qurbanın olması barədə əməliyyat məlumatı daxil olub.

Patrul xidməti əməkdaşları və polis əməkdaşları ərazidən 7 ədəd patron aşkar ediblər. Daha sonra rayon sakini, 30 yaşlı Tiqran B.-nin yaralandığını və tibb məntəqəsinə aparıldığı müəyyən edilib.

Şübhəlinin axtarışları davam edir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İrəvanda Nor-Nork rayonunun polis şöbəsinin binasına 3 nəfər silahlı şəxs basqın edib. Partlatdıqları qumbara ikisinin yaralanmasına səbəb olub, digərini isə polis yaxalayıb.

Teqlər: