Ermənistanda bir ildə açılan Rusiya şirkətlərinin sayı

Ermənistanda bir ildə açılan Rusiya şirkətlərinin sayı

2023-cü ildə Ermənistanda Rusiya vətəndaşları tərəfindən 891 şirkət qeydiyyata alınıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

“Həmçinin ötən il Rusiyanın 3857 vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib, onlardan 221-i sonradan qeydiyyatdan çıxıb”, – məlumatda bildirilib.

Qeyd edilib ki, nazirlik yalnız məhdud məsuliyyətli cəmiyyət üzvlərinin uçotunu aparır, səhmdar cəmiyyətləri deyil.

Teqlər: