Ermənistanda Azərbaycan tərəfindən qaytarılan 6 hərbçi həbs edilib

Azərbaycan tərəfindən Ermənistana qaytarılan 6 hərbçi barəsində cinayət işi başlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə erməni KİV-ləri Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə istinadən xəbər verirlər.


Məlumata əsasən, hərbçilərdən üçü zabitdir və onlar həbs edilib.