Ermənistanda atışma: 1 ölü, 1 yaralı

Ermənistanda atışma: 1 ölü, 1 yaralı

Ermənistanın Lori vilayətində atışma və bıçaqlanma hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, gecə saatlarında 28 yaşlı Smbat Davoyan adlı şəxs güllə yarası ilə xəstəxanaya çatdırılıb. Onun ardınca 25 yaşlı Boris Vanyan adlı şəxs də aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, dünən saat 23:30 radələrində Vanyanla Davoyan arasında mübahisə baş verib. Vanyan Davoyana odlu silahdan 3 dəfə atəş açıb, Davoyan isə ona bıçaq zərbəsi endirib.

Davoyan aldığı yaralardan bu gün ölüb.

Teqlər: