Ermənistanda ağır qəza: yaralılar var

Ermənistanda ağır qəza: yaralılar var

Qarakilsə və Gorus şəhərlərini birləşən magistral yolda ağır avtomobil qəzası baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Müəyyən edilib ki, “Mitsubishi Grandis”, “Opel Zafira” və “Mercedes-Benz C 180” markalı avtomobillər toqquşub. Xilasedicilər gələnə kimi, “Opel Zafira” və “Mitsubishi Grandis” markalı avtomobillərin iki sərnişini yoldan keçənlər tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyətləri ağır olaraq qiymətləndirilir”,- məlumatda deyilir.

Teqlər: