Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini
keçməyə cəhd etməsi Ermənistan tərəfinin ölkələr arasında
delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin
aparılmasına qarşı yönəlmiş növbəti təxribatdır.
Bu barədə AzerTimes-a
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistan sülh
müqaviləsinin imzalanmasında maraqlı deyil. Təəssüf ki, Ermənistan
44 günlük acı məğlubiyyətdən nəticə çıxarmayıb.
“Buna və nəticələrə görə bütün məsuliyyət Ermənistanın üzərinə
düşür. Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı
çox ciddi şəkildə alınacaq. Azərbaycan erməni faşizminin yenidən
baş qaldırmasına heç zaman imkan verməyəcək. Ermənistan nə
istədiyini müəyyənləşdirməlidir. Azərbaycan Ermənistan Sülh
istəyirsə sülhə müharibə istəyirsə müharibəyə hazırdır. Ermənistan
təxribatlara son qoymalıdır”, – deyə deputat qeyd edib.