Ermənistan sülh prosesi ilə ciddi məşğul olsa, Azərbaycan buna qarşılıq verməyə hazırdır – Cehun Bayramov

Regionda kommunikasiyaların açılması, Azərbaycanla-Ermənistan
sərhədlərin delimitasiya və demarkasiyası üçün İşçi Qrupunun
yaradılmasının labüdlüyü barədə Azərbaycan tərəfinin təklifləri
barədə bugünkü görüşümüzdə italiyalı həmkarımı
məlumatlandırdım.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliyalı həmkarına Ermənistana sülh sazişi
üzrə olunan təklif və həmin sazişin təməl baza prinsipləri ilə
bağlı Azərbaycanın fevral ayından bəri təqdim etdiyi təkliflər
barədə məlumat verib.

“Son günlər Ermənistan tərəfdən müxtəlif şəxslərdən bu
istiqamətdə müsbət mesajlar eşidirk. Güman etmək istərdim ki, bu
həqiqətən də ciddi bir yanaşmanın təzahürüdür. Hər hansı ictimai
məlumatlandırma kapmpaniyası deyil. Azərbaycan öz mövqeyini açıq
şəkildə iafdəe dib. Əgər Ermənistan həqiqətən də bu proseslə ciddi
məşğul olmağa hazırdırsa, Azərbaycan buna qarşılıq verməyə, konkret
addımlar atmağa hazırdır”, – deyə nazir bildirib.

Teqlər: