Ermənistan sərhəddə dayanmağa işçi axtarır

Ermənistan sərhəddə dayanmağa işçi axtarır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Zvartnots hava limanı və Gürcüstanla sərhəddəki Baqrataşen buraxılış məntəqələrində işə qəbul elan edib.

AzerTimes verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

“Ermənistan Respublikasının qadın vətəndaşları, habelə 30 yaşına çatmamış icbari hərbi xidmət keçmiş, ən azı orta təhsil almış, erməni və xarici (ingilis və ya rus) dilləri bilən kişi vətəndaşlar hərbi xidmətə qəbul olunmaq üçün müraciət edə bilərlər”, – elanda qeyd olunub.

Teqlər: