Ermənistan səfiri Qaluzinlə görüşdü

Ermənistan səfiri Qaluzinlə görüşdü

Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Bildirilib ki, rəsmilər bu məsələni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatları, eləcə də Laçın dəhlizi kontekstində müzakirə ediblər.

Bundan başqa, Arutyunyan və Qaluzin ikitərəfli münasibətlərdən də danışıb.

Teqlər: