Ermənistan rus kanallarının yayımını dayandıra bilər

Ermənistan rus kanallarının yayımını dayandıra bilər

İrəvanın sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmazsa, Ermənistan Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.

AzerTimes xəbər verir ki, bunu ölkənin yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan deyib.

“Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq. Məqsədimiz real işləyən sənədə nail olub, pozuntu hallarında sanksiyaları işə salmaqdır. Təkliflər qəbul olunmasa, o zaman Ermənistanın birtərəfli qaydada müqaviləni ləğv edəcəyini istisna etmirəm”,- o bildirib.

Erməni nazirin sözlərinə görə, artıq Rusiya ilə məsləhətləşmələr aparılıb, lakin Rusiya televiziya kanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.

Teqlər: