Ermənistan Qarabağa 500 min dollar ayırdı

Ermənistan Qarabağa 500 min dollar ayırdı

“Hayastan” ümumerməni fondu Qarabağa “humanitar” yardım göstərmək üçün 500 min dollar ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, ötən gün Fondun Himayəçilik Şurasının iclası keçirilib.

“İclasda Laçın yolu müzakirə edilib. İclasa Şuranın rəhbəri, prezident Vaaqn Xaçatryan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak edib. Fondun ABŞ-dakı yerli orqanı ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib”.

Qeyd olunur ki, 2021-2022-ci illərdə Fond Qarabağda 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.

Teqlər: