Ermənistan parlamentində delimitasiya iclası: Referendum…

Ermənistan parlamentində delimitasiya iclası: Referendum…

Ermənistan parlamentinin sərhədin delimitasiyası məsələsi ilə bağlı qapalı iclası olduqca gərgin keçib. Xarici işlər naziri Ararat Mirzoyan isə Baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusi fəallıq nümayiş etdirib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

“Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərə nə vaxt başlanacağını və hansı xəritələrin əsas götürüləcəyini həqiqətən də bilmir. Parlament müxalifəti xüsusilə bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.

Proses başlamamış Azərbaycan sərhəd “təxribatları”ndan əl çəkməyə məcbur edilməlidir, əks halda Ermənistanın təzyiq altında delimitasiyaya razı olduğu üzə çıxacaq.

Müxalifət onu də bəyan edib ki, heç bir halda referendum keçirilmədən Azərbaycana ərazi verilməməlidir. Mirzoyan və Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub”, – məlumatda deyilir.

Teqlər: