Ermənistan parlamentində baş nazir vəzifəsinə Paşinyanın namizədliyi irəli sürülüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclasında “Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

AzerTimes-ın erməni KİV-nə istinadən məlumatına görə, hazırda baş nazir vəzifələrini icra edən N.Paşinyanın namizədliyi parlament çoxluğu tərəfindən dəstəklənib.

Ermənistan qanunvericiliyinə əsasən, ölkə prezidenti çoxluq tərəfindən dəstəklənən namizədi baş nazir elan etməlidir.


Bundan sonra 15 gün müddətində yeni hökumət formalaşdırılacaq.